2023-cü ilin yanvar-oktyabr aylarında Çexiyadan Azərbaycana smartfon idxalı 96,4 min ədəd təşkil edib, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 69,1% çoxdur.
Bakıda yeni «iPhone 15»lərin satışı başladı – QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Çexiyanın Statistika İdarəsindən məlumat verilib.
Hesabat dövründə Çexiyadan Azərbacana idxal olunmuş smartfonların dəyəri 77,9 milyon avro (artım 84,6%) təşkil edib.
Oktyabr ayında Çexiyadan Azərbaycana smartfon idxalı 13,1 min ədəd (ildən ilə artım 2,3 dəfə) təşkil edib. Həmçinin, dəyər ifadəsində idxal 2,3 dəfə artaraq 10,5 milyon avro təşkil edib.
Çexiyanın Statistika İdarəsinin məlumatına görə, 2022-ci ildə Çexiya Azərbaycana 53,2 milyon avro dəyərində 72,4 min ədəd smartfon ixrac edib. (İnterfaks-Azərbaycan)