Ünvanlara görə internetin sürəti fərqli ola bilir.
İKTA: Provayder xidmətinin müəyyən çərçivəyə salınması üçün işlər aparılır
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov jurnalistlərə açıqlamasında bildirib.
"Burada problem lokal səviyyədə gedir. Eyni küçədə elə ev var 100 meqabit sürəti alır elə ev var modem 100 meqabit sürəti ala bilmir. Bu Wi-fi modeminin yerləşdirilməsindən də asılıdır. Əgər modem güzgü və ya pəncərə qarşınına qoyulubsa sürət azalır. Bundan başqa modeni elektrik cihazına yanına qoyduqda o işləməyəcək",- deyə o qeyd edib.