Bu gün bir çoxumuz evdən çıxmadan internet üzərindən biznes qura bilirik.
Azərbaycanda interneti güclü və zəif olan provayderlər - ŞİRKƏTLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “A-dan Z-yə internet: Media üçün praktik təlim”də İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin idarə heyətinin sədri Nail Mərdanov deyib.
O bildirib ki, onlayn təhsildə internetdə gecikmə ola bilər, amma onlayn birjada, mərc oyunlarında və onlayn qərarvermədə gecikmələr mümkün deyil:
“10-15 il əvvəl internetdən əsasən elektron poçtumuzu yoxlamaq üçün istifadə edirdik və bir neçə sayta daxil olub məlumatlar əldə edirdik. Bu gün bütün sahələr, hətta gündəlik ünsiyyət internet üzərində qurulub. Bu gün hər ailədən ən azı 3-4 cihaz internetdədir”. (Apa)











