Azərbaycanda 171 telekommunikasiya operator və provayderi fəaliyyət göstərir.
FED.az xəbər verir ki, bu barədə İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov deyib.
"Bu fəaliyyəti göstərmək üçün heç bir lisenziya tələb olunmur. Sadəcə bu xidmətin müəyyən çərçivəyə salınması istiqamətində tərəfimizdən müəyyən işlər aparılır", - deyə o əlavə edib. (Apa)