İranın yarı rəsmi xəbər agentliyi Tasnim-in məlumatına görə; Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf bildirib ki, bu qərar Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki “qeyri-professional davranışlarına” cavab olaraq qəbul edilib.
FED.az xarici mediaya istinadən xəbər verir ki, Kalibaf, nazirliyin verdiyi qərar çərçivəsində Fransanın Renault, Peugeot və Citroen kimi şirkətləri tərəfindən istehsal edilən avtomobillərin idxalının qadağan edildiyini bildirib.
"Biz bu müddət ərzində Fransa avtomobillərinin idxalına heç bir lisenziya verməmişik. Avtomobil idxalına diqqətimiz yalnız Yaponiya, Koreya, Çin və Fransadan olmayan Avropa avtomobilləridir. İran onların İranın avtomobil bazrı sənayesinə təzyiq göstərməsinə imkan verməyəcək”.
İranın Khodro və Saipa kimi İran avtomobil istehsalçıları əsasən Peugeot, Renault və Citroen kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər.
ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb.
Xarici şirkətlər, xüsusilə Peugeot, Renault və Citroen kimi Fransa avtomobil istehsalçıları ABŞ-ın geniş miqyaslı birtərəfli sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırıblar.
Buna görə də hissələrin tədarükündə problemlərlə üzləşən İran daxili həll yollarına üz tutub.