Bəzən dövlət qurumlarının adından yalan məlumtlar yayılır. Bu, kiberdələduzluq, məlumatların hakerlər tərəfindən oğurlanması nəticəsində baş verir.
FED.az xəbər verir ki, müəyyən dövrlərdə isə Azərbaycana qarşı genişmiqyaslı kiberhücum ediləcəyi barədə xəbərlər paylaşılır.
Xidmət rəisi: "Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarının auditini aparırıq"
Elə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti adından dərc olunan bu paylaşımdakı kimi. Məlumatda İranın xüsusi xidməti orqanı ETTELAAT-a tabe olan "Boggy Serpens" haker qrupunun ölkəmizə qarşı kiberhücum planı olduğu qeyd olunur.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib ki, həmin kiberqruplaşmanın hazırda dövlət qurumlarımıza qarşı hər hansı bir fəalyyiəti aşkarlanmayıb. Lakin illər əvvəl həmin qruplaşmanın 1 informasiya sistemi tərəfimizdən çökdürülüb.
İdarə rəisi potensial kiberhücumların istiqamətlərindən də danışıb.
Tural Məmmədov bildirib ki, kiberhücumların qurbanı olmamaq üçün vətəndaşlar elektron poçt və ya mobil nömrələrinə gələn şübhəli fayllara daxil olmamalıdırlar. (Xezerxeber.az)