İKT

"iPhone"lara "Android" quraşdırmaq - MÜMKÜN OLDU

"iPhone"lara "Android" quraşdırmaq - MÜMKÜN OLDU | FED.az
09:03 6 Mart 2020

iPhone modellərinin ən böyük xüsusiyyəti özünəməxsus əməliyyat sisteminə (iOS) malik olmalarıdır. Ancaq artıq bəzi istifadəçilər öz iPhone-larına Android əməliyyat sistemi quraşdıra biləcəklər. 

Eləcə də bax: "Apple" keçmiş "iPhone" sahiblərinə - 25 DOLLAR ÖDƏYƏCƏK

FED.az xəbər verir ki, bu təəccüblü yeniliyin arxasında Project Sandcastle yer alır. Bu proyekt iPhone-lara Android yüklənməsini təmin edə bilər. Jailbreak əsaslı sistem boşluğundan (Checkra1n) yararlanaraq iPhone 7, iPhone 7 Plus və 6-cı nəsil iPod Touch cihazlarında Android quraşdırılmasına imkan verən proyekt, həqiqətən, maraq doğurur.

Qeyd edək ki, hələlik Android yüklənmiş iPhone-larda bütün funksiyalar işləmir. Məsələn hazırda, kamera və mobil internet aktivləşmir. Ona görə də istifadəçilər iPhone-larını Android telefona çevirə bilmirlər. Ancaq bunun üzərində iş gedir. 

Bundan başqa, gələcəkdə proyektin əməliyyat sistemləri arasında sürətli dəyikiliyə imkan verəcəyi söyləntilər arasındadır. 

Ancaq əksər istifadəçinin buna maraq göstərəcəyi gözlənilmir. Çünki istifadəçilərin 99 faizi iPhone-ları fuksiyalarına görə yox, əməliyyat sisteminə görə seçir.

TED

Digər xəbərlər