"Apple" son 12 ildə ikinci dəfə flaqman "iPhone" modellərinin qiymətlərini aşağı endirməyi planlaşdırır.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, ucuzlaşma ABŞ xaricində digər ölkələrin milli valyutasının dollar qarşısında ucuzlaşması ilə bağlıdır.
Belə ki, "Apple" böyük bazarlarda dolların bahalaşması ilə azalan satışları stimullaşdırmaq niyətindədir. Qeyd edək ki, şirkət üçün ən böyük istehlak bazarlarından biri olan Çində ötən il ərzində milli valyuta ABŞ dolları qarşısında 10% dəyər itirib.
Eləcə də bax: “Xiaomi”nin ən ucuz smartfonu satışa çıxarılacaq
Ucuzlaşma ilə bağlı qərarı "Apple" CEO-su Tim Kuk maliyyə göstəricilərinin təqdim olunmasından sonra açıqlayıb. Lakin CEO hansı modellərdə ucuzlaşmaya gedəcəklərini deməyib. Bundan əlavə, şirkətin satış proqnozlarını aşağı endirməsinin ardından bir sıra satış mərkəzləri "iPhone" qiymətlərini endirmişdi.
Qeyd edək ki, şirkət tərəfindən sonuncu dəfə 2007-ci ildə qiymətlərin aşağı endirilməsi ilə bağlı qərar qəbul olunub.