«Apple» şirkəti özünün yeni məhsullarının təqdimat gününü açıqlayıb. Amma FED.az xəbər verir ki, martın 25-də baş tutacaq tədbirdə yeni smartfonun təqdim olunacağı gözlənilmir. Hamı əmindir ki, həmin gün «Apple» özünün yeni stiminq xidmətini elan edəcək.
Artıq indidən «Netflix» və «Amazon Prime» kimi xidmətlərin rəqibi sayılan bu xidmət «Apple»nin yeni bazarlarda populyarlığını artırmalı və artıq əvvəlki kimi satılmayan «ayfonlar»ın azalan gəlirlərini kompensasiya etməlidir.
Eləcə də bax: “Nar” maliyyə göstəricilərini gizli saxlamasının - SƏBƏBİNİ AÇIQLAYIB
Əslində «Apple» populyarlığını getdikcə itirən «ayfonlar»ı kompensasiya etmək üçün yeni bazarların axtarışına bir neçə il əvvəl başlayıb. İndiyədək şirkət onlarla oriinal proqramlar hazırlasa da, onları vahid xidmətdə birləşdirməyib. Gözlənilir ki, pullu xidmət 2019-cu ilin yayından işə düşəcək.
Yeni striminq servisi iPhone, iPad və Apple TV-yə inteqrasiya ediləcək. Pullu abunəliklə yanaşı, müştərilər pulsuz şouları da izləyə biləcəklər.
Paralel olaraq «Apple» teleseralların çəkilişinə də başlayıb. Amma şirkətin baş direktoru Tim Kuk «ailəvi» kontentə üstünlük verir. Yəni bu seriallarda zorakılıq və açıq-saçıq səhnələr olmayacaq.
Bundan başqa, martın 25-də Apple özünün xəbər servisini də təqdim edə bilər. Bəzi məlumatlara görə, şirkət bununla bağlı xəbər nəhəngləri sayılan «Wall Street Journal» və «New York Times»la danışıqlar aparır.
Ekspertlər bildirir ki, Apple-nin bznes portfelini şaxələndirməsi başa düşüləndir. Vaxtilə smartfon bazarına «partlatmış» «iPhone»lar artıq əvvəlki kimi satırmır, qacetlərə yeni nəsə əlavə etmək də əvvəlkindən qat-qat çətindir. Artıq smartfon mağazalarının qarşısında ənənəvi uzun növbələr qalmayıb.
Şirkətin sonuncu hesabatından məlum olur ki, yeni il ərəfəsində «iPhone»ların satışı 15% azalıb. Əvəzində servislərdən gələn gəlir rüb ərzində ən yüksək həddə çatıb - 10,9 mlrd dollar.
«Apple»də atışların azalmasını müxtəlif səbəblərlə izah edirdər. Bunlardan biri bəzi ölkələrdə dolların bahalaşmsı və «iPhone»larin qiymətinin yüksəlməsidir. «Apple»nin akkumulyatorun dəyişdirilməsi proqramı isə ona səbəb oldu ki, smartfon sahibləri yenisini almaqdansa, köhnə modeli işlətməyə üstünlük verdilər.
Bütün bunların nəticəsində bu ilin birinci rübündə şirkətin smartfon satışından gəlirlərntn 6 milyard dollar və ya 10% azalması gözlənilir.
Şirkət artıq «iPhone»ların satışını azaltmaq barədə qərar qəbul edib, nəticədə onun səhmləri təqribən 10% ucuzlaşaraq şirkətin bazar kapitalizasiyası 700 milyard dollara düşüb.
Belə vəziyyətdə, «Apple» üçün ən yaxşı yol, yeni xidmətlər və məhsullar buraxmaq, bununla da biznesini şaxələndirməkdir.
«iPhone»lar daha satılmır – «APPLE» BAŞQA SAHƏLƏR AXTARIR
19:53
13 Mart 2019