“Amazon” “iPhone XS” smartfonuna 150 funt endirim etməyə qərar verib.
FED.az xarici mediaya istinadən xəbər verir ki, onlayn alış-veriş saytı Böyük Britaniyada yaşayan və ya bu ölkədən 256 GB həcmli “iPhone XS” sifariş verən hər kəsə smartfonu 1 149 funta deyil, 999 funta satacaq.
Pərakəndə satışda bu qiymət təsdiqini tapmadığı üçün bu təklifin yalnız onlayn alış üçün keçərli olması və məhdud sayda model üçün təyin olunması ehtimal olunur.
Eləcə də bax: Bükülə bilən ilk “Xiaomi” smartfonu hazırlandı - VİDEO