İKT

iPhone SE 2020 təqdim edildi – VİDEO

iPhone SE 2020 təqdim edildi – VİDEO | FED.az
21:15 15 Aprel 2020

Apple şirkətinin çoxdan gözlənilən yeni iPhone SE modeli, nəhayət, təqdim edilib.

Eləcə də bax: "iPhone 9" satışa çıxarıldı - TƏƏCCÜBLƏ QARŞILANDI

FED.az "TED" istinadən xəbər verir ki, iPhone SE 2020 və ya iPhone 9 adlandırılacağı gözlənilən telefon eyni adla, yəni iPhone SE kimi qarşımıza çıxıb.

Nisbətən ucuz qiymətə təqdim edilən model 4.7 düymlük, 1334×750 piksel ölçülü LCD ekran ilə təmin olunub. Retina HD adlandırılan ekranın ekranın alt qismində barmaq izi sensoru yer alır.

Sözügedən dizayn ilk dəfə iPhone 6-da istifadə edilib.

Həmişəki kimi, operativ yaddaş açıqlanmasa da, daxili yaddaşı 64GB, 128GB və 256 GB olmaqla üç fərqli seçim imkanı var.

12 meqapiksellik əsas kamera f/1.8 diafraqmaya sahibdir. Altı komponentdən ibarət kamera beşqat rəqəmli yaxınlaşdırma imkanına malikdir. Gecə çəkilişləri üçün True Tone LED flaş ilə gücləndirilib. Eyni zamanda, titrəməni minimuma endirmək üçün optik sabitləyici əlavə edilib. Ön kamera isə 7M-lik pf/2.2 diafraqma ilə təmin olunub.

67,3x138,4x7,3mm ölçüyə malik telefon 148 qram ağırlığındadır. Bundan başqa, smartfon iki nömrə daşıya bilir.

Kabelsiz adapter dəstəyinə sahib cihazın batareya gücü açıqlanmayıb. Ancak iPhone 8 ilə oxaşr batareya ömrü olduğu deyilir. 13 saata qədər video oynatma imkanı olan telefon, 40 saatadək musiqi dinləmə, 8 saata qədər onlayn video izləmə imkanına malikdir.

ABŞ-da 399 dollardan başlayan qiymətlə satışa çıxarılan modelin Azərbaycan qiyməti hələlik məlum deyil.

Digər xəbərlər