İKT

İPhone SE 2 nə zaman satışa çıxarılacaq?

İPhone SE 2 nə zaman satışa çıxarılacaq? | FED.az
22:22 24 Okt 2019

İPhone SE 2-nin xüsusiyyətləri tədricən aydınlaşır. FED.az xəbər verir ki, Apple-a yaxın mənbədə olan məlumatlara görə yeni kiçik iPhone üçün alıcılar çox uzun müddət gözləməli olmayacaqlar. Bəs telefon hansı özəlliklər və dizaynla qarşımıza çıxacaq?

Eləcə də bax:“Apple” ucuz “iPhone” - BURAXACAQ

İPhone SE 2-də iPhone 8 ilə oxşar dizayn görəcəyik. Gümüşü, boz və qırmızı kimi üç fərqli rənglə qarşımıza çıxacaq olan telefon 64 GB və 128 GB iki müxtəlif saxlama seçiminə də sahib olacaq.

Telefonun ümumi dizaynı iPhone 8 kimi görünsə də Apple A13 Bionic prosessoru və 3 GB operativ yaddaşla təchiz ediləcək. Bu o deməkdir ki, 1 GB-dən az yaddaşa sahib olmasına baxmayaraq, yeni məhsulun prosessoru Phone 11 və iPhone 11 Pro-nun prosessoru ilə eyni olacaq.

Əlbəttə ki, bu telefonda 3D Touch xüsusiyyətini görməyəcəyik. Bu, iPhone 8 ilə müqayisədə ən böyük çatışmazlıqlardan biri olsa da Apple iPhone 11 ilə birlikdə bu xüsusiyyətlə vidalaşdı.  

Apple-ın yeni iPhone modeli 399 dollar ilə satışa çıxarılacaq və 2020-ci ilin ilk rübündə alıcılara təqdim ediləcək. Apple, 2020-ci ildə 30 milyondan çox iPhone SE 2 satacağını iddia edir. 

TED.az

Digər xəbərlər