Texnologiya nəhəngi "Apple", 2019-un ilk 3 ayında (Yanvar-Mart) "iPhone" satışlarının 17% azaldığını açıqlayıb.
FED.az-a verilən məlumata istinadən xəbər verir ki, "iPhone" satış gəlirləri bu dövrdə 31 milyard dollara geriləyib.
Eləcə də bax : Türkiyədə bahalı telefonlara - VERGİ ARTIRILDI
Şirkətin ilin ilk 3 ayındakı cəmi gəliri 58 milyard dollar, xalis mənfəəti isə 11.6 milyard dollar təşkil edib.
Çin bazarından ümidli olduğunu qeyd edən "Apple"ın İdarə Heyətinin sədri Tim Kuk, "Bir əvvəlki rübə görə ticarət əlaqələri daha yaxşıdır. Atmosfer də daha yaxşıdır. Bunların hamısı bizə fayda verəcək" deyib.
Tim Kuk, Martın sonuna doğru satışların artmağa başladığını, tələbatı artırmaq üçün qiymətlərin endirildiyi Çində də bu gedişatın görüldüyünü söyləyib.
ABŞ-ın texnologiya şirkəti "Apple"ın satışları, ucuz telefon satan "Huawei" və "Xiaomi" kimi rəqiblərinə görə azalır.
Tim Kuk kampaniyalar keçirilməsi kimi tədbirlər ilə Çində ilin ilk rübünün sonuna doğru "iPhone" satışlarının artmağa başladığını bildirib.
Üçüncü rübdə ən azı 52.5 milyard dollar gəlir gözləyən şirkət, "iPhone" satışlarından qazandığı gəlirə bel bağlamaq əvəzinə, xidmət sahəsinə yönəlməyə başlamışdır.
"Apple" ötən ay televiziya və film yayım platforması Apple TV+ni təqdim edib. Mütəxəssislər "Apple"ın uzun perspektivdə böyüməsinin istifadəçi sayını artırmaqdan keçdiyini və bunun da "iPhone" ilə əldə olunacağını proqnozlaşdırırlar.