ABŞ-nin “Apple” korporasiyası yeni nəsil smartfonları – “iPhone 17″ni təqdim edib.
iPhone Fold 2026: Gələn il «Apple» ilk qatlanan telefon buraxacaq
FED.az xəbər verir ki, təqdimat şirkətin saytında yayımlanıb.
Dörd smartfondan biri “Apple” tarixində ən nazik korpusu olan model – “iPhone 17 Air”dir. Telefonun qalınlığı 5,6 mm-dir.
“iPhone 17” smartfonları alüminium və titandan hazırlanıb, modeldən asılı olaraq A19 və ya A19Pro prosessoru ilə təchiz edilib.
“iPhone 17″nin diaqonalı 6,3 düym, “iPhone 17 Air”in – 6,5 düym, “iPhone 17 Pro”nun – 6,3 düym, “iPhone 17 Pro Max”ın – 6,9 düymdür.
Şirkət yeni cihazların satış qiymətlərini də açıqlayıb:
iPhone 17 – 799 dollar (təxminən 1 350 AZN)
iPhone Air – 999 dollar (təxminən 1700 AZN)
iPhone Pro – 1 099 dollar (təxminən 1 870 AZN)
iPhone Pro Max – 1 199 dollar (təxminən 2 040 AZN)
Qiymətlər ABŞ bazarı üçün nəzərdə tutulub.
Yeni nəsil “iPhone” modellərinin yaxın həftələrdə digər bazarlarda da satışa çıxarılması gözlənilir. “Apple”ın təqdimatında cihazların texniki göstəriciləri və dizayn yenilikləri barədə ətraflı məlumat verilib.
Həmçinin smartfonlarla yanaşı, “Apple” şirkəti yeni “AirPods Pro 3” qulaqcıqlarını və “Apple Watch” smart saatını da təqdim edib.