«iPhone 17» gəlir – «Apple»in yeni məhsulu haqqında nə məlumdur? – DETALLAR, MƏBLƏĞLƏR
«Apple» şirkəti iPhone 17 seriyasının təqdimatına hazırlaşır.
FED.az xəbər verir ki, hirkət smartfon xəttini ciddi şəyildə yeniləyəcək.
İndiyəədk məlum olan smartfonlar yenilənmiş dizayn, yeni xüsusiyyətlər və kameralar alacaq. Həmçinin şirkət ilk dəfə olaraq ultra nazik korpuslu tamamilə yeni bir model - iPhone 17 buraxacaq. Ənənəvi olaraq, Apple sentyabrın 9-da Bakı vaxtı ilə saat 23-də əvvəlcədən yazılmış onlayn təqdimat keçirəcək. Beləliklə
Baza smartfon olan «iPhone 17» - istifadəçilərin geniş çeşidi üçün əsas modeldir.
«iPhone 17 Pro» və «iPhone 17 Pro Max» qabaqcıl xüsusiyyətlərə malik modellərdir. «iPhone 17 Air» incə və yüngül smartfon istəyənlər üçün nəzərdə tutulmuş tamamilə yeni modeldir.
Əsas yeniliklərdən biri smartfonun arxasındakı kamera yeridir. «Apple» bu dəfə də elə edib ki, yeni modelin arxası əvvəlkindən fərqlənsin. Bunu köhnə model istifadəçilərinə təzyiq kimi də qəbul etmək olar.
Apple kameraları arxa panelin demək olar ki, bütün enini tutacaq düzbucaqlı blokda yerləşdirəcək. Bu forma müəyyən qədər «POCO» modellərini xatırladır.
Smartfonun çərçivəsi və çərçivəsinin bir hissəsi indiyə qədər olduğu kimi titan əvəzinə alüminiumdan hazırlanacaq. Şayiələrə görə, Apple bu modeli qara, ağ, boz, tünd göy və narıncı rənglərdə buraxacaq.
iPhone 17 Air sıradakı digər modellərdən fərqli olacaq.
Qadcetin 5,5 mm qalınlığında və təxminən 145 qram ağırlığında olduğu bildirilir. Qurğunun korpusu şüşə və titandan hazırlanacaq ki, bu da onun çəkisini azaldacaq. Arxa paneldə yalnız bir kamera yerləşəcək.
Əsas «iPhone 17»nin ölçüləri 6,1-6,3 düymədək böyüdüləcək. «iPhone 17 Pro» və «iPhone 17 Pro Max» isə 6,3 və 6,9 düym olacaq, nazik «iPhone 17 Air» isə 6,6 düymlük ekran alacaq.
Bütün modellərdəki selfi kameraların gücü 12 MP-dən 24 MP-ə qədər artırılacaq. «iPhone 17» ikili kamera alacaq: 48 MP əsas kamera və 12 MP ultra geniş bucaqlı kamera.
«iPhone 17 Pro» və «Pro Max» isə üçqat 48 meqapiksellik kameraya malik olacaq.
iPhone 17 Air isə heç bir əlavə modul olmadan bir 48 meqapiksellik kamera ilə təchiz ediləcək.
Bundan əlavə, qabaqcıl modellər ön və arxa kameralarda eyni vaxtda çəkiliş üçün dəstək alacaq ki, bu da bloggerlər, reportaj hazırlayan jurnalistlər və ya səyahət edənlər üçün faydalı olacaq. iPhone 17 Pro Max həm də 8K təsvir ölçüsündə video çəkmək qabiliyyətinə malikdir.
Baza iPhone 17-nin 8 GB RAM, bütün digər modellərin isə 12 GB RAM yaddaşı olacaq.
iPhone 17 Air nanoSIM dəstəyini itirəcək; smartfon yalnız eSIM-i dəstəkləyəcək.
Əvvəllər belə bir təcrübə yalnız Amerikanın iPhone-ları üçün istifadə olunurdu.
Yeni telefonların qiymət məsələsi hələ dəqiq deyil. «Apple» həmişə olduğu kimi qiyməti də diqqəti çəkən sirli məsələyə çevirib. Ehtimallara görə, baza «iPhone 17»nin qiyməti təxminən 799 dollardan başlayan iPhone 16 ilə eyni olacaq.
«iPhone 17 Pro» və «Pro Max» müvafiq olaraq 1049 və 1249 dollardan başlayaraq 50 dollar baha olacaq. «iPhone 17 Air» isə 949 dollardan başlayan qiymətə satılacaq.
Ekspertlər qiymət artımını ABŞ-ın Çin və Hindistana qarşı tariflər tətbiq etməsi ilə əlaqələndirirlər .
Şirkət qiymət artımını minimum versiyada olan iPhone 17 Pro-nun 128 GB yerinə 256 GB yaddaşla təchiz edilməsi ilə əsaslandıra biləcək. Şayiələrə görə, maksimum versiya 2 TB diskə sahib olacaq.