Amerikanın “Apple” korporasiyası iPhone 14 smartfonlarını sentyabrın 7-də keçiriləcək təqdimat mərasimində təqdim etmək niyyətindədir. Satışlara başlanması isə sentyabrın 16-da nəzərdə tutulub.
Azərbaycanda daha çox bu mobil telefonlar - SATILIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə çərşənbə günü öz mənbələrinə istinadən Bloomberg məlumat yayıb.
Agentlik qeyd edir ki, “Apple” qeyd olunan tarixi təsdiqləməyib, lakin ənənəvi olaraq yeni “iPhone” modellərinin təqdimatı sentyabrın birinci yarısında keçirilir.
Eyni zamanda, ehtimal ki, yeni smart saatlar, iPad və Mac kompüterlərinin təqdimatı olacaq. Bəzi məhsullar daha sonra ayrı-ayrı tədbirlərdə təqdim oluna bilər.
Gözlənilir, yeni iPhone cərgəsində 5,4 düymlük ekrana malik model olmayacaq. Əvəzində əvvəllər yalnız Pro versiyalarında olan 6,7 düymlük ekrana malik baza modeli olacaq (Marja).