ABŞ-ın Apple şirkəti Hindistanda iPhone 14 smartfonunun istehsalına başlamağı planlaşdırır.
Eləcə də bax: “Apple” iPhone-ların qiymətini - QALDIRACAQ - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg məlumat yayıb.
Xəbərə görə, şirkət nümayəndələri Hindistanda yeni iPhone modelinin istehsalı üçün təchizatçılarla danışıqlar aparırlar.
Apple uzun müddətdir ki, iPhone-larının əksəriyyətini Çində istehsal edir, lakin indi alternativlər axtarır. Bu, ABŞ və Çin hökumətləri arasında münasibətlərin mürəkkəbləşməsi, eləcə də Çində “iqtisadi fəaliyyətin pisləşməsi” risklərinin artması ilə əlaqədardır.
"TF International Securities"in aparıcı analitikinin fikrincə, yeni smartfon modelinin Hindistan və Çindən eyni vaxtda tədarükü Apple-a “təchizat zəncirlərini şaxələndirməyə və ehtiyat imkanlar yaratmağa” imkan verəcək.
Avqustun 17-də Bloomberg agentliyi yeni iPhone 14 smartfonlarının təqdimatının sentyabrın 7-də keçiriləcəyini bildirmişdi. Satışların başlaması sentyabrın 16-da nəzərdə tutulub.
1976-cı ildə qurulan Apple iPhone, iPad, iMac, MacBook və digər yüksək texnologiyalı məhsullar istehsal edir. Korporasiya dünyanın ən böyük şirkətlərindən biridir. (Marja)