Yeni “iPhone 12 Pro” və “iPhone 12 Pro Max” smartfonları ilə bağlı yüksək tələbat və vacib komplektləşdirici hissələrin çatışmazlığı səbəbindən qıtlıq yaşanır.
FED.az xəbər verir ki, bu barədə “ITHome” “Apple”ın tədarük halqasındakı mənbəyə istinadən məlumat verib.
Qıtlıq problemi 2021-ci ilin yazında – komponent istehsalçıları smartfon yığmaq üçün komponent çatışmazlığını aradan qaldıran zaman həll olunacaq. Ümumilikdə isə “Apple”ın bu yaxınlarda təqdim etdiyi cihazlara tələbat yüksək qiymətləndirilir. (Report)