Azərbaycanda ilk dəfə olaraq saytdan internetsiz istifadə etmək mümkün olub. FED.az xəbər verir ki, siyahi.az saytından 1 dəfə istifadə edən şəxslər daha sonra internet bağlantısı olmadan da sayta daxil olaraq baxdığı bölmələrə yenidən baxa bilərlər.
Peşə sahiblərinin, vakansiyaların, şirkətlərin, endirim və kampaniyaların siyahısından bu tip istifadə saytın miqyasını genişləndirir.
Wİ-Fİ olan yerlərdə saytda olan vakansiyalara baxan istifadəçilər, sonra internetsiz yerlərdə də həmin vakansiyalara baxa və ya onu dostlarınıza göstərə bilərlər. Bu xüsusiyyət, saytda olan bütün bölmələrə aiddir.
Siyahi.az saytı 2017-ci ildə istifadəyə verilib. Kateqoriyalar üzrə peşə sahibləri, vakansiyalar, şirkətlər, endirim və kampaniyaların siyahısını təqdim edən siyahi.az saytında qeyd olunan bölmələr üzrə rahat və ödənişsiz qeydiyyatdan keçmək mümkündür.
Siyahi.az 2017-ci ildə “MilliNet” yarışması üzrə öz kateqoriyasında 2-ci yerə layiq görülüb.