Rəqəmsal dünyanı idarə edən və hələ gənc yaşlarından qurduqları platformalarda milyonçuya çevrilən xeyli insan var.
FED.az texnologiya aləmini istiqamətləndirən, rəqəmsal dünyada yeni kəşfləri ilə tanınan məşhur milyonçuları təqdim edir:
Ceff Bezos – Amazon.com adlı nəhəng elektron ticarət sistemini yaradaraq dünyanın kitab və CD almaq vərdişini dəyişdirən Ceff onlayn dünyanın ən zəngin insanlarından biridir. “Blue origin” adlı kosmos araşdırma şirkətinin qurucusu olan Bezos, eyni zamanda “Vaşinqton Post” qəzetinin sahibidir. Sərvəti 70 milyard dollardır.
Piter Til – Onlayn ödəniş sistemi olan “Paypal”ın qurucularından olan Piter rəqəmsal dünyanın mühüm şəxslərindən biridir. “Facebook” qurularkən bu sahəyə də sərmayə qoyan Til proqram təminatı şirkətinin də sahibidir. Sərvəti 2,5 milyard dollardır.
Larri Peyc – “Google”un qurucularından olan Larri “internet axtarış sistemi” anlayışını bütün dünya ilə tanış edən insandır. Sərvəti 30 milyard dollardır.
Sergey Brin – Larri Peyclə birlikdə “Google”u 25 yaşında quran Sergey Moskvada anadan olub. Sadə həyat tərzi ilə tanınan Brinin sərvəti 18 milyard dollardır.
Mark Zukerberq – “Facebook”un CEO-su və qurucusu Mark Zukerberq rəqəmsal dünyada inqilab edən şəxslərdəndir. “Harvard”da təhsil alarkən “Facebook”u yaradan Markın sərvəti 5 milyard dollardır.
Cek Ma – “Business to Business” sahəsində yeniliyə imza atan Cek 18 nəfər dostu ilə birlikdə qurduğu Alibaba.com saytı ilə elektron ticarətin mühüm simalarından birinə çevrilib. Təxminən 2 milyard dollar sərvəti var.
Cek Dorsi – Tvitterin qurucularından olan Dorsi 2008-ci ilədək idarəedici kimi çalışıb. “Square” adlı mobil ödəmə şirkətinin sahibi olan Dorsinin sərvəti 2 milyard dollardır.
Mənbə: qafqazinfo.az