Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) əhalinin nəqliyyat, poçt, tele-komnukasiya, o cümlədən, intertet mobil rabitə xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin olunması ilə bağlı tabeli qurumlara xüsusi tapşırıq verib.
Eləcə də bax: Rusiyada internet 1 apreldən - PULSUZ OLACAQ
FED.az xəbər verir ki, bu barədə məlumatı nazirliyin mətbuat katibi Günel Gözəlova Xəzər TV-yə açıqlamasında deyib. Bildirib ki, hazırda nazirliyin tabeliyində olan digər sahələrlə yanaşı vətəndaşların telefon, internetlə təmin olunması ciddi nəzarətdə saxlanılır:
“İstər paytaxt ərazisində, istərsə də, bölgələrdə internetlə bağlı hər hansı problem yaşandığı təqdirdə müvafiq qurumlara müraciət edib şikayətlərinə baxılmayan vətəndaşlar nazirliyin 16-55 nömrəli “qaynar xətt”i və ya rəsmi səhifələrimiz vasitəsilə bizimlə əlaqə saxlaya bilər. Ancaq nəzərə alsaq ki, insanlar evdədirlər və internetdən daha çox istifadə edirlər, bəzən normal şəkildə yüklənmələr ola bilər”.
Qeyd edək ki, NRYTN martın 20-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qafqazinfo