ABŞ-ın “Intel” şirkəti Arizonada çip istehsalı üzrə 2 yeni zavodun tikintisinə 20 milyard dollar xərcləyəcək.
Eləcə də bax: Hacıqabulda «Malibu», «Nexia» və «CHEVROLET»İN CİPLƏRİ BURAXILACAQ – QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, layihə yarımkeçirici çiplərə artan qlobal tələbin dəstəklənməsinə yönəlib.
Uzun müddətdir ki, dünyada çip çatışmazlığı yaşanır. Elektron komponentlərin defisiti bir çox sahələrə, o cümlədən avtomobil sənayesinə mənfi təsir göstərib. Şirkətlər avtomobil istehsalını tamamilə dayandırmaq və yaxud məhdudlaşdırmaq məcburiyyətində qalıb. Bunun nəticəsi olaraq 2021-ci ilin sonuna dünya üzrə minik avtomobillər istehsalı proqnozla müqayisədə 6,2 % az olacaq. (Report)