«Instagram» sosial şəbəkəsindəki reklamlar 2019-cu ildə «Facebook»a təqribən 20 milyard dollar gətirib.
FED.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Eləcə də bax: "Alphabet" ilk dəfə "YouTube"un - GƏLİRLƏRİNİ AÇIQLAYIB
Məlumata görə, «Instagram»dan gələr gəlirlər «Facebook»un ümumi gəlirlərinin 25%-ni təşkil edib.
Bu göstəricilərlə «Instagram» başqa bir internet nəhəngini – «YouTube»u qabaqlayır. Ötən il «YouTube», hansı ki, «Google» şirkətinə məxsusdur, 15,1 milyard dollar qazanıb.
«Facebook» bu məlumatları şərh etməyib, ümumiyyətlə şirkət «Instagram»dan gələn gəlirlərini ayrıca göstərməkdən imtina edir.
Yeri gəlmişkən, «Facebook» «Instagram»ı 2012-ci ildə cəmi 1 milyard dollara alıb. 8 il əvvəl 1 milyard dollara alınan şirkət indi ildə 20 milyard gəlir gətirir.