Cari ilin martında ilin ilk iki ayı və ötən ilin martı ilə müqayisədə Azərbaycanda “Instagram” sosial şəbəkəsinin bazar payı artıb.
Ötən ay “Google” şirkətinin Azərbaycanda bazar payı artıb
FED.az xəbər verir ki, ötən ilin martında “Instagram”ın Azərbaycandakı bazar payı 11.04%, cari ilin martında isə 11.74 % təşkil edib. Nəticədə “Instagram”ın ölkədə bazar payı 6.3 % artıb.
Xatırladaq ki, cari ilin yanvarında “Instagram”ın Azərbaycandakı bazar payı 9.71, fevralında isə 9.64 % təşkil edib. (Apa)