“Instagram” “bəyənmə” sayını gizlətmə imkanı yaradıb.
Eləcə də bax: Çin bazarı üçün - “Xiaomi Redmi Note 10 Pro” Smartfonu Buraxılıb
FED.az xəbər verir ki, bu barədə “hi-tech” xəbər yayıb
Məlumata görə, bu addım paylaşımlarının çox da diqqət çəkmədiyini düşünən insanlar üçün edilib.
“Instagram” əvvəlcə bütün istifadəçilər üçün “bəyənmə” sayını gizlətməyi düşünürdü (ancaq paylaşım sahibləri bunu görə bilərdi).
Lakin sonradan şirkət nümayəndələri fikrini dəyişdi: Bu funksiyadan yararlanma imkanı istifadəçilərin öhdəsinə qoyuldu.
Artıq bütün dünyadan olan istifadəçilər bəyənmə və baxış sayının gizlətməyin mümkün olduğu barədə xəbərdarlıqlar almağa başlayıblar. (Oxu.az)