Lakin statistik məlumatları araşdırmaqla bu problemi müəyyən qədər həll etmək olur. Hər il, hər ay müxtəlif qurumlar Facebook, Instagram və digər platformalar haqda ən son statistikaları paylaşırlar. Bu statistik məlumatların içində Instagram hesabımızı aktiv saxlamaqla bağlı faydalı məqamlar ortaya çıxır.
Eləcə də bax: “Whatsapp”dan “Instagram”a mesaj yazmaq mümkün olacaq
2019-cu ilin əvvəli açıqlanan statistik faktlara əsasən aşağıdakı addımlarla Instagram hesablarımızı pul xərcləmədən önə çıxarda, daha çox insanın görməsinə nail ola bilərik:
Paylaşım edərkən paylaşımın məkanını (Location) seçmək.
Statistikaya görə məkan seçilməklə paylaşılan Instagram kontentini 79% daha çox insan görür. Bu da ciddi bir fərqdir. Doğrudur, bu statistika global olaraq hesablanan göstəricilərdir, Azərbaycanda eynən bu nəticə olmaya bilər, amma 79% olmasa da 49%, 59% kimi effekt verəcəyi dəqiqdir.
Paylaşımda insan üzünün düşməsi
Ekspertlər məsləhət görür ki, Instagram-da paylaşım edərkən, xüsusən şəkil paylaşarkən paylaşan insanın (və ya hər hansı bir şəxsin) simasının şəkildə olması effektivdir. Belə ki, bu tip paylaşımlar normaldan 38% daha çox “bəyənmə” alır.
Haştaq istifadə etmək
o
Azərbaycanda haştaqdan istifadə geniş yayılıb, istifadə olunur. Amma hələ də çox sayda biznes profillər var ki, yalnız şəkli və ya videonu paylaşmaqla kifayətlənirlər, bəzən izahedici 1-2 cümlə yazırlar, bəzən ümumiyyətlə heç nə yazmadan birbaşa şəkli və ya videonu paylaşırlar. Instagram-ın istənilən paylaşımında haştaq istifadə etmək tövsiyə olunur. Paylaşıma ən azı bir haştaq əlavə etsəniz bu, sizin kontentin görülmə sayını 13%-dək artıra bilir.
Insagram hazırda dünyada (həmçinin Azərbaycanda) ən sürətlə böyüyən sosial şəbəkədir. Ümumi qeydiyyat sayı 1 milyardı keçib, onlardan 500 milyonu hər gün bu sosial şəbəkəyə daxil olur.
Müəllif
Orxan Rza