FED.az xəbər verir ki, “Bank of America”-nın keçirdiyi sorğuda iştirak etmiş respondentlərin üçdə biri etiraf edib ki, onlar “Instagram”-da gözəl şəkillərə baxaraq, belə nəticəyə gəlirlər ki, əgər həmyaşıdları özlərinə ev ala bilirsə, demək, onlar da bunu edə bilərlər.
Müasir smartfonlar daşınmaz əmakın keyfiyyətli foto və videolarını çəkə bilir. Bundan isə rieltorlar faydalanır. Təkliflərin rahat tapılması üçün də heşteqlərdən istifadə edirlər. “Forbes” yazır ki, satıcılar hər otağı nümayiş etdirir, canlı yayımda potensial alıcılar da onların marağına səbəb olan obyektlərə ətraflı baxış keçirə bilirlər.
22-37 yaşında olan gənclər bir çox səbəbdən daşınmaz əmlak alışından imtina edir: xərclərə yol verə bilmirlər, ipotekaya girmək istəmirlər, borc ödəmə və evin saxlanılması üzrə öhdəlilərdən qorxurlar. Bir çoxları hesab edir ki, ev və ya mənzili ailə quranda almaq lazımdır, bəzilərini isə satınalma prossesinin özü qorxudur.
Bütün bunlar “Instagram”-dakı xüsusi hesabların sahibləri tərəfindən nəzərə alınır. Rieltor-blogerləri kiçik mənzilin necə abadlaşdırılmasını danışıb göstərir, satınalmanın bütün nüanslarını təsvir edir və sualları cavablandırırlar. Beləliklə də, stabil işi və özünə ev almağa imkanı olan, lakin müəyyən səbəblərdən buna cəsarət etməyən cavanları cəlb edə bilirlər.
Eləcə də bax: Bakıda internet şirkətlərinə güclü rəqib - AVADANLIQLAR PULSUZDUR
©insider.az