Dünyada süni intellektin ən praktiki tətbiq formalarından biri olan insanabənzər robotların (humanoidlərin) istehsalı sürətlə artır.
Robotlar rəqs edir, pullar axır: Humanoid robot istehsalçısının səhmləri - Şanxay birjasında 542% bahalaşıb
FED.az xəbər verir ki, təkcə 2026-cı ilin ilk yarısında dünyada 22 mindən artıq belə robot buraxılıb. Bu illik müqayisədə 4 dəfə və ya 300% artıqdır. Çin mənbələri bu rəqəmin daha böyük olduğunu bildirirlər, onların fikrincə bu il təkcə Çində 30 min robot istehsal edilərək satılıb.
Ümumilikdə 2026-cı il üçün proqnozlar bu il dünyada 50-85 min ədəd robot buraxılacağını göstərir.
Hələlik robot bazarının böyük hissəsni Çin şirkətləri tutur – «Agibot» və «Unitree» şirkətləri birlikdə dünyada buraxılan robotların 75%-ni istehsal edirlər.
«Counterpoint»in yeni rəqəmlərinə əsasən «Agibot» şirkəti təxminən 9 700 ədəd robot buraxaraq bazarda 43% payla birinci yeri tutub. «Unitree» isə 7 000-dən çox robot və 31% payla ikinci yeri tutur.
Yeri gəlmişkən, məhz bu vəziyyət sayəsində «Unitree» şirkətinin sonuncu IPO-su investorların inamını əks etdirən böyük 629% artımla nəticələnib.
«Counterpoint» hesabatına görə, planetin ən çox satılan robot şirkətləri bunlardır:
|
Satıcı |
Sayı |
Bazar payı |
|
|
1 |
Agibot |
9 700 |
43%+ |
|
2 |
Unitree |
7000 |
31% |
|
3 |
Qalbot |
1100 |
~5% |
|
4 |
UBtech |
1000 |
4.4% |
|
5 |
Leju Robotics |
650 |
2.9% |
|
— |
Başqa hər kəs |
3 000 |
~14% |
Humanoidlərin sayı ilə yanaşı, digər maraqlı məsələ, robotların necə istifadə edilməsidir. Hələlik ilkin məlumatlara görə, robotların böyük hissəsi əyləncə və tədqiqat işləri üçün istifadə edilir. Belələri ümumi sayın 60%-ni təşkil edir.
|
Robotların istifadə sahəsi |
Sayı |
Bazar payı |
|
Əyləncə, performans, məlumatların istehsalı və tədqiqat |
13 200 |
60% |
|
Xidmət və rəhbərlik |
4 200 |
19% |
|
Ağıllı istehsal |
2 900 |
13% |
|
Anbar və logistika |
1 100 |
5% |
|
Digər |
600 |
3% |
Rəqəmlərdən göründüyü kimi, robotların 19%-i xidmət və konsaltinq sahəsində, 13%-i ağıllı istehsal sahəsində, cəmi 5%-i isə anbar və logistika sahəsində - gələcəkdə bu sahələr humanoid robotlar üçün əsas bazar olacaq – çalışırlar.
İlkin qiymətləndirmələrə görə, 2026-cı ildə dünyada 50 mindən artıq robot buraxılacaq, bu 210% artım deməkdir. Amma digər proqnozlarda bu rəqəmin 85 min ədəd olması gözlənilir.
|
Mənbə |
Əhatə dairəsi |
2026-cı il üçün proqnoz |
Əlavə detal |
|
Kontrpoint Tədqiqatı |
Qlobal |
50 000 ədəd |
210% illik artım |
|
Smart Analytics Qlobal |
Qlobal |
60 000 ədəd |
1,6 milyard dollar gəlir |
|
Humanoid Robot Səhnə Tətbiqi Alyansı |
Yalnız Çin |
85 000 ədəd |
İstehsal gücü 100 000-dən yuxarı |












