Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Agentliyi”nə rəhbət təyinatı olub.
FED.az xəbər verir ki, Tural Kərimli “İnnovasiyalar Agentliyinin rəhbəri təyin olunub. Bundan öncə T. Kərimli “Yüksək Texnologiyalar Parkın”nın rəhbəri vəzifəsini icra edirdi.
Qeyd edək ki, “İnnovasiyalar Agentliyi”nin Nizamnaməsi və Strukturu artıq təsdiq olunub. Agentliyin ilkin nizamnamə fondu 500 min manat müəyyən edilib və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.