“Space X”in rəhbəri İlon Mask kosmik şirkətinin hazırda İran üzərində 100-ə yaxın aktiv “Starlink” rabitə peykinin olduğunu açıqlayıb.
Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti - BURAXA BİLƏR
FED.az xəbər verir ki, o hələ 2022-ci ilin payızından İran üzərində bu xidməti aktivləşdirməyi planlaşdırdığını bildirmişdi.
“Biz artıq İranda eyni anda 100 “Starlink” peykini aktivləşdirməyə yaxınıq”, - deyə İ.Mask bildirib. Agentliyin məlumatına görə, Maskın planlarına təkcə əlavə bazarı inkişaf etdirmək istəyi deyil, həm də siyasi motivlər daxildir.
Mask açıqlamalarının birində qeyd etmişdi ki, İrana internet azadlığını və sərbəst informasiya axınını təşviq etmək üçün “Starlink” lazımdır. O bildirib ki, İranda “Starlink”in işini təmin etmək üçün ABŞ səlahiyyətlilərindən sanksiyalara bəzi istisnalar edilməsini də istəyib.
Hələlik şirkətin ölkə daxilində terminallarının olub-olmaması və onları İrana necə çatdırmağı planlaşdırdıqları barədə məlumat yoxdur.
Oktyabr ayında bildirildi ki, Ağ Ev İlon Maskla “Starlink” sisteminin İranda genişləndirilməsi ilə bağlı danışıqlar aparır ki, sakinlər bütün ölkə ərazisində smartfonlardan internetə çıxış əldə etsinlər. (Trend)