Azərbaycanda kibertəhlükəsizlik üzrə milli strategiya hazırlanır.
ELƏCƏ DƏ BAX: MMS və SMS barədə – MARAQLI PROQNOZ
FED.az-ın məlumatına görə, bunu bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Avropa İttifaqının TAIEX yardım aləti çərçivəsində keçirilən “Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr” mövzusunda seminarda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
Seminarda həmçinin şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən fərdi məlumatların mühafizəsinə dair müzakirələrə (“GDPR Regulation”) geniş yer verilib.