"Ağıllı" telefonların qiymətləri son zamanlarda bəzi səbəblərdən dolayı ciddi şəkildə yüksəlib. Bu artım səbəbindən əksər istifadəçilər ikinci əl telefonlara maraq götərirlər. İkinci əl telefon qiymətlərinin də kifayət qədər yüksək olması istifadəçiləri bəzi məsələlərdə skeptik olmağa sövq edir. Yaxşı, bəs ikinci əl telefon alarkən nələrə diqqət etmək lazımdır?
Eləcə də bax: Ən uğurlu smartfon istehsalçıları - REYTİNQ
FED.az TED.az-a istinadən ikinci əl iPhone alarkən diqqət edilməli nüansları təqdim edir:
İlk diqqət etməli olduğunuz məsələ iCloud parolu olmalıdır. Satın aldığınız telefonun iCloud-u parola düşübsə, cihaz, ümumiyyətlə, istifadəyə yararsız hala gələ bilər. Bu isə ödədiyiniz məbləğin boşa getməsi deməkdir. Digər nüans isə satın aldığınız telefonun qarantiya vəziyyətidir. Qarantiyası olan bir iPhone-u pulsuz şəkildə yenisilə dəyişə, yaxud təmir etdirə bilərsiniz.
Fikir verməli olduğunuz məsələlərdən biri də telefonda fiziki zədə olub-olmadığıdır. iPhone-larda ən xırda problem yarananda belə, ekranın dəyişdirilməsi şərt halına gələ bilər. Ona görə də ekranı zədəli telefonlardan uzaq durmağınız məsləhətdir.
Ekranı çatlamış bir iPhone-u normal qiymətə alsanız da, müəyyən zaman keçdikdən sonra adicə bataretyasını dəyişdirmək üçün servisə müraciət etdiyinizdə ekranın dəyişdiriməsi mütləq şərt kimi çıxa bilər. Bu da olduqca yüksək xərc tələb edən prosesdir.
Daha ətraflı isə videorolikdə tanış ola bilərsiniz: