"Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 11 milyon 316 min SMS göndərilib".
Eləcə də bax: Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün - EVDƏN ÇIXANLAR VAR
FED.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
E.Niftəliyevin sözlərinə görə, bu SMS-lərdən təqribən 3 milyon 668 mini, yəni 32 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.
Qurum rəsmisi həmçinin vurğulayıb ki, SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.
TED