Yaxın Şərqdəki gərginlik, İran müharibəsi və qlobal nəqliyyat dəhlizlərində yaranan problemlər dünyanın smartfon bazarına böyük zərər vurub.
2026-cı ilin birinci rübündə qlobal smartfon tədarükləri və yaddaş komponentlərinin çatışmazlığı fonunda 6% azalıb. Bu son 10 ildə smartfon bazarının ən kəskin azalmasıdır.
“Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 MİLYON AZN
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə tədqiqat şirkəti olan “Counterpoint Research” məlumat yayıb.
Analitik məlumatlar göstərir ki, bazarın çökməsinin əsas səbəbi Hörmüz boğazı ətrafındakı qeyri-sabitlik olub. Bu marşrut qlobal elektronika komponentlərinin daşınmasında mühüm rol oynayır. Logistika yollarının dəyişməsi və təhlükəsizlik xərclərinin artması nəticəsində hər bir cihazın daşınma xərci orta hesabla 45-60 dollar yüksəlib. Bu əlavə xərc smartfon istehsalçılarının mənfəət marjasını azaldıb, nəticədə yeni qiymət artımına səbəb yaradıb.
“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz - TƏQDİM ET!
Xammal tədarükü zəncirində yaranan qırılmalar da istehsal həcminə birbaşa təsir edib. Smartfon mikrosxemlərinin istehsalı üçün zəruri olan texniki qazların tədarükündə 25%-lik kəsir yaranıb. Neftin son həftələr bahalaşması isə smartfonların hisələrini və qablaşdırma materiallarının dəyərini 15% artırıb. Bu amillər istehsalçıları illik tədarük proqnozlarını 35 milyon ədəd azaltmağa məcbur edib.
Nəhayət, İrandakı müharibə səbəbindən dünyada yaranan qeyri-müəyənlik nəticəsində dünyada smartfon satışı 18,5 milyon ədəd azalıb. İstehlakçılar artıq cihazlarını hər iki ildən bir deyil, orta hesabla 48 ayda bir yeniləyirlər. Hesabata görə, 2026-cı ilin sonunda qlobal smartfon bazarı son on ilin minimum həddinə — 1,1 milyard ədədlik satış göstəricisinə enə bilər.
Bu vəziyyətdə “Apple” şirkəti öz tarixində ilk dəfə olaraq ilin birinci rübündə qlobal smartfon bazarına liderlik edib, 21% paya sahib olub və tədarüklərini 5% artırıb.
“Counterpoint Research” şirkətin uğurunu premium mövqeləndirmə, yaxşı qurulmuş təchizat zənciri və Çin bazarında güclü nəticələrlə izah edir. Belə ki, 2026-cı ilin ilk doqquz həftəsində Çində “iPhone” satışları 23% artıb.
Əvəzində “Samsung”un satışları illik müqayisədə 6% azalsa da, 20% bazar payı ilə ikinci yeri qoruyub saxlayıb. “Samsung”ların satışının azalmasına “Galaxy S26” modelinin təqdimatının təxirə salınması və ucuz smartfon bazarında satışların azalması səbəb olub.













