Azərbaycanda fəaliyyət gösərən internet provayderləri arasında rəqabət çox zəifdir. Provayderlərin əksəriyyəti eyni internet sürətini eyni qiymətə təqdim edirlər.
Ən çox şikayət olunan internet provayderləri açıqlanıb - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, qiymətlərin eyni olması bir qədər əvvəl tətbiq edilən qaydanın nəticəsidir, həmin qaydaya görə, 100 mb/saniyə intetnetin qiyməti 20-25 manatdan aşağı ola bilmir. Bu istehlakçı hüququnun pozmaqla yanaşı, eyni zamada internet provayderləri bazarında rəqabəti də aşağı salır.
FED.az biznes və maliyyə xəbərləri portalı bəzi internet provayderlərinin qiymətini araşdırıb. Məlum olub ki, bazarda sürəti minimum 10 meqabit/saniyə (mb/s) və maksimum 1 000 mb/s olan internet paketləri təqdim olunur. Araşdırma isə 100 mb/s sürətli internet paketi üçün internet provayderlərinin qiymətini göstərir.
Qiymətlərdən məlum olur ki, yalnız bir neçə şirkət müxtəlif qiymətlərə eyni sürətli paketi təqdim edir ki, bunların da əksəriyyəti daha bahadır. Məsələn, “BeeOnline” internet provayderi 100 mb/s sürətli internet paketini 80 manata, “Bline” 50 manata təklif edir. Bəzi şirkətlər isə qiymətləri nisbətən daha ucuz müəyyənləşdirib. Belə ki, “TransEuroCom” internet provayderi 100 mb/s sürətli internet paketini 23 manata, “AzFiberNet” isə 20 manata təklif edir.
Azərbaycanda fəaliyyət gösərən internet provayderlərinin 100 mb/s sürətli internet paketi üçün qiymətləri aşağıdakı cədvəldə qeyd edilib:
|
S/N |
İnternet Provayderləri |
100 mb/s sürətli internet paketi |
|
1 |
BeeOnline |
80 |
|
2 |
Bline |
50 |
|
3 |
Nest Fiber |
49 |
|
4 |
TransEuroCom |
23 |
|
5 |
AzFiberNet |
20 |
|
6 |
Azeronline |
25 |
|
7 |
Aztelekom |
25 |
|
8 |
Citynet |
25 |
|
9 |
FiberNET |
25 |
|
10 |
Sazz |
25 |
|
11 |
Ailə TV |
25 |
|
12 |
Alfanet |
25 |
|
13 |
ALNET |
25 |
|
14 |
ARTKOM |
25 |
|
15 |
Aznet |
25 |
|
16 |
Bulud Telecom |
25 |
|
17 |
Connect CJSC |
25 |
|
18 |
KATV 1 |
25 |
|
19 |
Metronet |
25 |
|
20 |
Netpoint |
25 |
|
21 |
Rahat Telecom |
25 |
|
22 |
Selnet |
25 |
|
23 |
SHAKH Telecom |
25 |
|
24 |
SparkTel |
25 |
|
25 |
FlexNET |
25 |
|
26 |
Smart Online |
25 |
|
27 |
Teleport |
25 |









