2025-ci il ərzində Azərbaycana İndoneziyadan 168 min dollar həcmində 606 ədəd smartfon idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İndoneziyadan smartfon idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 122 min dollar (3,6 dəfə), miqdar ifadəsilə isə 411 ədəd (3,1 dəfə) artıb.
2024-ci il ərzində Azərbaycana İndoneziyadan 46 min dollar həcmində 195 ədəd smartfon gətirilmişdi.
2025-ci ilin nəticələrinə görə İndoneziyadan idxal edilən smartfonun bir ədədinin orta idxal qiyməti 278 dollar (472 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 238 dollar (404 manat) idi.










