2025-ci il ərzində Azərbaycana Hindistandan 8,5 milyon dollar həcmində 14,1 min ədəd smartfon idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Hindistandan smartfon idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 11 milyon 232 min dollar və ya 2,6 dəfə, miqdar ifadəsilə isə 60 min 525 ədəd, başqa sözlə 5,3 dəfə azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana Hindistandan 19,8 milyon dollar dəyərində 74,6 min ədəd smartfon idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Hindistandan idxal edilən smartfonun bir ədədinin orta idxal qiyməti 604 dollar (1 027 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 265 dollar (450 manat) idi. Bu da illik müqayisədə 339 dollar (577 manat) və ya 2,3 dəfə bahalaşma deməkdir.
Bu il ümumi idxalın 1,1%-i Hindistan smartfonlarının payına düşüb. Ötən il isə müvafiq göstərici 4,9% olmuşdu.










