Mask, X platformasında yeni istifadəçilərdən 8 dollar qeydiyyat haqqı almağı planlaşdırır. Bu qayda fevraldan qüvvəyə minəcək və yeni istifadəçilərə ilk ay X Premium xidmətindən pulsuz istifadə imkanı veriləcək.
"X" platformasında abunəlik qiymətləri artırılır
FED.az xəbər verir ki, digər bir yenilik isə əsas zaman xəttində post tarixlərinin silinməsi ola bilər. Mask hesab edir ki, bu dəyişiklik platformanın görünüşünü yaxşılaşdıracaq, lakin əməkdaşlar bunun dezinformasiyanı artıra biləcəyindən narahatdır.
Bu dəyişikliklər, platformanın gəlirlərini artırmaq və bot hesabların qarşısını almaq məqsədi daşıyır. Mask, platformanın gələcəkdə daha çox istifadəçi cəlb etməsini hədəfləyir.