Bir müddət əvvəl anonsu verilən Huawei Mate Xs qatlana bilən smartfonlar artıq satışa çıxarıldı.
FED.az xəbər verir ki, sözügedən smartfonun Kirin 990 5G prosessoru, 8 GB operativ yaddaş və 512 GB daimi yaddaşı var.
Eləcə də bax: “Huawei” Avropada 5G şəbəkələri üçün avadanlıq - İSTEHSAL EDƏCƏK
Huawei Mate Xs-in ekran displeyi 8 dyüm, eni 2480х2200 pikseldir. Əsas kamerası 40 Mp, akkumlyator 4 500 mAs-dır. Eyni zamanda, smartfon 55 Vt sürətilə enerji yığma qabiliyyətinə malikdir.
Çində 2 415 dollara olan smartfona ilk dəqiqələrdən 100 min sifariş gəlib. Daha sonra isə sifarişçilərin sayı 1 milyona çatıb
Qeyd edək ki, cihazın Azərbaycana nə zaman gətiriləcəyi hələ ki, məlum deyil.
TED