Çinin telekommunikasiya şirkəti olan «Huawei»in xalis mənfəəti 2022-ci ildə 68,7% azalaraq 35,6 milyard yuan, yəni 5,2 milyard dollar olub.
FED.az xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının sədri Syuy Çjiszyun bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə şirkətin gəlirləri 642,3 milyard yuan (94,4 milyard dollar) olub ki, bu da 2021-ci illə müqayisədə 0,9% artıqdır.
Gəlirləri artdığı halda, şirkətin xalis mənfəətinin belə kəskin azalması şirkətin xərclərinin artması ilə bağlıdır.
Belə ki, 2022-ci ildə Çin şirkəti elmi-tədqiqat işlərinə 161,5 milyard yuan (23,7 milyard dollar) vəsait sərf edib. Bu şirkətin tarixində ən böyük göstəricilərdən biridir.