“Huawei Technologies” şirkəti gələn il istehsal edəcəkləri smartfonlarda “Google Android” əvəzinə özlərinin məhsulu olan “Harmony” əməliyyat sistemini tətbiq edəcək.
Eləcə də bax: Huawei” şirkətinin smartfon istehsalı üçün - Prosessorları Bitib
FED.az xəbər verir ki, şirkətin istehlakçlılar bölümünün rəhbəri Yu Çenqdonq (Riçard Yu) Çinin cənubundakı Dunquan şəhərində şirkətin illik inkişaf konfransında (Huawei Developers Conference) nitq söyləyərək həmçinin “Harmony 2.0” versiyasını ötən il hazırladıqlarını, smartfonlar üçün beta versiyasını isə dekabr ayında açıqlamaq niyyətində olduqlarını diqqətə çatdırıb.
“Harmony” əməliyyat sisteminin noutbuk, saat, telefon kimi ləvazimatı əhatə edən universal platform olduğu, “Google”un “Android” sistemindən daha mükəmməl olduğu bildirilir. “Bu gündən etibarən “Harmony” sistemi 128 kb – 128 mB yaddaşına malik əşyalar interneti cihazlarında tətbiq edilə biləcək. Bu sıraya smart TV, səyyar cihazlar, avtomobillər və s. aiddir. 2021-ci ilin aprel ayında 128 mB – 4 gB yaddaşlı cihazlar üçün, 4 oktaybr tarixindən sonra isə daha böyük yaddaşa malik cihazlar üçün kod açacağıq”, – deyə şirkət nümayəndəsi bildirib.
Qeyd edək ki, “Huawei” şirkəti ötən ilin may ayında ABŞ hökuməti tərəfindən sanksiya siyahısına daxil ediləndən sonra “Google” şirkəti onların “Android” sistemini istifadə edən yeni telefonlarına texniki dəstəyini dayandıraraq həmçinin bir çox “Android” əlavələrinin əsaslandığı “Google Mobile Services” (GMS) zərfindən silib. (Report)