Çinin «Huawei» şirkəti dünyada ilk dəfə olaraq 3 yerə qatlana bilən smartfonunu təqdim edib.
FED.az xəbər verir ki, təqdimat mərasimində şirkətin direktorlar şurasının rəhbəri Riçad Yuy deyib ki, şirkət bu smartfon üzərində 5 il işləyib. Yeni telefon qırmızı və qara rənglərdə buraxılıb, smartfon açıldıqda onun ekranı 10,2 dünym, təqribən 26 santimetr olur. Bu ölçülərdə «Huawei Mate XT» dünyanın ən böyük ekranlı smartfonu olub.
3 qat qatlana bilən yeni smartfonun qiyməti 2800 dollardan başlayır. Bu bir gün əvvəl buraxılan «iPhone»lərdən 2 qat baha olsa da, artıq «Mate XT»in alınması üçün 3,6 milyon sifariş var.