2025-ci ildə Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə emal olunan ödənişlərin həcmi 2024-cü illə müqayisədə 6,6%, o cümlədən nağdsız ödənişlərin həcmi 9,3% artıb.
Hesabat dövründə HÖP vasitəsilə 8,6 milyard manat həcmində 114,4 mln. ədəd ödəniş icra olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu ödənişlərin say üzrə 79,2%-i (90,9 mln. ədəd), həcm üzrə isə 73,1%-i (6,3 mlrd. manat) nağdsız formada aparılıb.











