Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti “QoldenPey” ASC 2019-cu ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il şirkətin istifadəçılərinin sayında və gəlir-mənfəətində ciddi artım olub. Belə ki, 2018-ci ildə qeydiyyatlı 395 mindən çox istifadəçi sayı 2019-da 21% artaraq 497 minə yüksəlib. Hazırda isə istifadəçi sayı 530 mini keçıb.
Eləcə də bax: Azərbaycanın elektron ödəniş sistemi daxili kriptovalyutasını - İSTİFADƏYƏ VERİB
2019-cu ildə “QoldenPey” ASC-nin ümumi dövriyyəsi 267 milyon 703,2 min manat olub ki, buda əvvəlki illə müqayisədə 37% artıqdır (2018-də 196 milyon 52,1 min manat olub).
2019-cu ildə şirkətin gəlirləri 32% artaraq 4 milyon 032,8 min manat, mənfəət 323 447 manat olub. Halbu ki, şirkət 2018-i 33,9 min manat zərərlə bağlamışdı.
2019-cu il sonuna “QoldenPey” ASC-nin cəmi aktivləri 2 310 611 manat təşkil edib (37% artım). Cəmi kapital isə 18,7 dəfə artaraq 341 676 manat olub (bir il əvvəl 18 229 manat idi).