Daxili Qoşunlar günü münasibətilə Bakcell şirkəti bütün Daxili Qoşunları hərbi qulluqçularını təbrik edib. FED.az xəbər verir ki, bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, “Bakcell” peşə bayramı münasibətilə gün ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularına şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.
Beləliklə, “Bakcell” xidmətlərindən istifadə edən Daxili Qoşunları hərbi qulluqçuları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcək.
Hərbi qulluqçular bu gün "Bakcell"lə pulsuz danışır - ŞİRKƏTDƏN HƏDİYYƏ

15:01
12 Mart 2019