ABŞ-nin “Zoom” videokonfrans şirkəti öz işçilərinə ən azı həftədə 2 dəfə ofisə gəlmək tələbi qoyub.
İşçilərinə ayda 1000 dollar bonus verib ki - OFİSİN YANINDA YAŞASINLAR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətin yeni iş planına görə 80 km məsafədə yaşayan işçilər ofisə gələrək buradan işləməli olacaqlar.
Şirkət sözügedən bu tələbini "strukturlaşdırılmış hibrid yanaşma" adlandırıb. “Zoom”un bu qərarı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, pandemiya vaxtı bir çox şirkət işçilərinə və tələbələrə evdən işləmək, eləcə də təhsil almaq imkanını yaradan platformanın öz işçilərini ofisə çağırması maraq doğurub.