2025-ci ilin təhlilLəri göstərir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istehlakçı hüquqları ilə bağlı daxil olmuş müraciətlərin təxminən 30%-i məhz rəqəmsal sahədə olan münasibətlərdən formalaşır.
Azərbaycanda ötən il istehlakçı hüquqları üzrə 54 protokol tərtib edilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev deyib.
Onun sözlərinə görə, bu göstəricini digər qurumlar da təsdiqləyir: “Məsələn, Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, hər il elektron platformada olan ticaret nəticəsində nəğdsiz ödənişlərin sayı dayanmadan artır".
«Rəqəmsəl sahədə baş verən münasibətlər göstərir ki, artıq istehlakçı və sahibkar arasında olan ənənəvi münasibətlər dəyişib, onlara fərqli yanaşma tələb olunur", - deyə o, bildirib.











