FED.az apardığı araşdırmaya əsasən xəbər verir ki, Play Storedə “Mobil Tətbiq”i olan 24 bank arasında yüklənmə sayına görə fərqlənən bank “Unibank” olub. “Unibank”ın tətbiqinin istifadəçisi 100 min nəfərdən çoxdur.
Eləcə də bax: Mobil operatorlarda çalışan xarici vətəndaşların - SAYI
Yüklənmə sayına görə ən axırlarda yer alanlar isə “Nikoil Bank”, “NBC Bank” və “Bank BTB”-dir. Bu banklarda yüklənmə sayı 1000-dir.
Reytinqlərə gəldikdə, bu göstəriciyə görə ən üst sıralarda yer alan bank “NBC Bank” və “AFB Bank” olub. Müvafiq olaraq bankların reytinq göstəriciləri 4,8 və 4,7 ulduzla qiymətləndirilib. “Mobil Tətbiq”i ən aşağı reytinq alan bank isə “Express Bank” olub. Bu bankın reytinqi 2,6 ulduzla qiymətləndirilib.
Banklar arasında “Mobil Tətbiqi” daha tez yeniləməsinə görə “AccessBank” fərqlənib. Bankın tətbiqi sonuncu dəfə bu ilin dekabrın 5 də yenilənib.Ən gec yeniləyən bank isə “Express Bank” olub. Bankın tətbiqi sonuncu dəfə avqustun 18-i 2018-ci il tarixində yenilənib.
Banklar | Play storedə son yenilənmə tarixi | Play store-də yüklənmə sayı | Play store-də reytinqi |
AccessBank | 5.12.2018 | 50.000+ | 4,5 |
AFB Bank | 24.10.2017 | 10.000+ | 4,7 |
Azər Türk Bank | 15.05.2018 | 1.000+ | 2,8 |
Beynəlxalq Bank | 19.11.2018 | 10.000+ | 3,4 |
Bank Avrasiya | 23.10.2017 | 1.000+ | 4,5 |
Bank of Baku | 23.04.2018 | 10.000+ | 3,4 |
Bank Respublika | 19.11.2018 | 10.000+ | 4,1 |
Bank VTB | 26.02.2018 | 1.000+ | 3,7 |
Bank BTB |
30.10.2017 | 1.000+ | 4,6 |
Express Bank | 18.08.2017 | 10.000+ | 2,6 |
AG Bank | 30.08.2018 | 1.000+ | - |
Amrah Bank | 23.10.2017 | 1.000+ | 3,6 |
Ata Bank | 12.11.2018 | 1.000+ | - |
Kapital Bank | 28.11.2018 | 100.000+ | 4,4 |
Muğan Bank | 2.11.2017 | 1.000+ | - |
NBC Bank | 3.11.2017 | 1.000+ | 4,8 |
Nikoil Bank | 3.11.2017 | 1.000+ | 3,4 |
Paşa Bank | 12.05.2018 | 50.000+ | 4,3 |
Rabitə Bank | 7.11.2017 | 10.000+ | 3,6 |
Unibank | 29.11.2018 | 100.000+ | 4,7 |
Yapı Kredi Bank (Azərbaycan) | 26.08.2018 | 10.000+ | 3,2 |
Turan Bank | 7.11.2017 | 5.000+ | 4,4 |
Xalq Bank | 7.11.2017 | 5.000+ | 3,7 |
Premium Bank | 7.11.2017 | 10.000+ | 4,2 |