“Telegram” messencerinin serverlərində ciddi dərəcədə yüklənmə səbəbindən çətinliklər yaranıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin “Twitter”dəki mikrobloqunda bildirilib.
Yüklənməyə səbəb “WhatsApp”ın işində yaranmış problem olub. Bunun fonunda “Telegram”da istifadəçi axını artıb və çətinliklər qeydə alınmağa başlayıb.
“WhatsApp”dan keçən bütün yeni istifadəçilərdən məmnunuq, ancaq serverlərin hamısının öhdəsindən gəlməsi çətindir”, - deyə “Telegram” istifadəçilərdən birinə cavab olaraq yazıb.
Qeyd edək ki, “Facebook”, “Instagram” və “WhatsApp”da bütün dünyaya təsir edən kütləvi fasilələr yaranıb. Daha sonra istifadəçilər “Telegram”, “Twitter”, “Google” və “TikTok”un işində problemlərlə bağlı şikayətlər bildirməyə başlayıblar (APA).