2025-ci ilin ilk 4 ayında hakerlər Azərbaycan vətəndaşlarından müxtəlif üsullarla 6 milyon manatdan artıq vəsait oğurlayıblar.
FED.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini general-mayor Allahverən İsmayılov deyib.
Onun sözlərinə görə, beynəlxalq kiber cinayətkarlar dövlət qurumları ilə yanaşı, vətəndaşları da hədəf alırlar.
Belə ki, hakerlər hakerlər vətəndaşların fərdi məlumatlarından, əsasən, maliyyə dələduzluğu əməliyyatlarında istifadə edirlər:
«Daxili İşlər Nazirliyinin açıqlamasında 2025-ci ilin ilk dörd ayı ərzində hakerlərin vətəndaşlardan kiberdələduzluq yolu ilə ələ keçirdiyi vəsaitin miqdarının 6 milyondan çox olduğu bildirilib. Xidmət tərəfindən aparılan monitorinqlər nəticəsində 2025-ci ilin birinci yarımilində dövlət xidmətlərindən istifadə edən 6 164 vətəndaşın və 47 dövlət qurumunun 95 əməkdaşının hakerlərin qurbanına çevrildiyi müəyyən edilib»-deyə general bildirib.